İran

Həsən Ruhani İran-Amerika münasibətlərindən danışıb

İran Prezidenti Həsən Ruhani Amerika ilə ixtilafların həllinə xoşbin olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu hal yeni dövlətin davranışından asılıdır. Prezident Həsən Ruhaninin sözlərinə görə, Co Baydenin hakimiyyətə gəlişi ilə Amerika qarşılıqlı hörmət və öhdəliklərə əməl edərsə, bu ölkə ilə mövcud problemlərin həlli olduqca asandır.
Qeyd edək ki, Amerikanın yeni seçilmiş prezidenti Co Bayden daha öncə bildirib ki, İran atom anlaşması çərçivəsindəki öhdəliklərinə tam əməl edərsə, o da Amerikanı atom anlaşmasına qaytara bilər. Bununla da gələcək danışıqların başlanğıc nöqtəsinin təməlinin qoyulacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button