AzərbaycanDünya

Hallandeyl-Biçdə 26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü elan edib

Amerikanın Florida əyalətinin Hallandeyl-Biç şəhərinin bələdiyəsi Xocalı soyqırımının 29-cu ildönümü ilə ilgili bəyannamə dərc edib. Şəhərin bələdiyə başqanı Coy Kuper tərəfindən imzalanan bəyannamədə 1992-ci il fevriyənin 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğından bəhs edilib. 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsinə diqqət çəkilib. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq difa təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı bölgədə ən böyük nizami cinayətdir. Xocalı qətliamının Amerikanın 20 əyaləti tərəfindən tanındığı qeyd olunur. Buna görə də Coy Kuper 2021-ci il fevriyənin 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib. Sənəd Florida əyalətinin Florida-Azərbaycan toplumunun başçısı Esmira Bayramovaya təqdim olunub. Qeyd edək ki, hazırda Amerika Azərbaycanlıları Şəbəkəsi illik Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırılması barədə kəmpeyn keçirir.

Related Articles

Bir cavab yazın

Back to top button