İran

HANSI ŞİRKƏTİN UÇAĞI TEKNİKİ PROBLEMƏ GÖRƏ GERİ DÖNMƏLİ OLUB?

Əl Əhvaz Ustanı hava limanlarının baş müdiri Mehdi Rəzzaz xurdad ayının 11-i tarxində 833 nömrəli Əhvaz-Tehran uçuşunda fənni nəqsin olduğunu bildirib. O, deyib ki, “bu uçaq Əhvaz hava limanından Tehrana uçmaq üçün qalxıb, amma xələban İraqa yaxınlaşarkən tekniki problemi olduğunu bilib və cəhətini dəyişərək məbdəyə qayıdıb və Əhvaz hava limanına enib”.
Bundan öncə də belə bir hadisə baş vermişdi. Belə ki, Fuker 100 uçağı da Tehran-Kermanşah məsirində motorların birinin dayandığı səbəbindən Tehrana qayıdandan sonra Mehrabad hava limanında iztirarı eniş enmişdi. Bir gündən az bir müddət sonra xurdad ayının 11 tarixində həmin 833 nömrəli Əhvaz-Tehran uçuşunda da fənni nəqsin olduğu bildirilib.
Mehdi Rəzzaz bu fənni nəqsin nə olduğunu açıqlamayıb. Deyib ki, həmin uçaq məbdəyə qayıdandan sonra heç bir hadisə olmadan Əhvazın hava limanında enib. Müsafirlər tamamilə sağlamdırlar və başqa bir uçaqla Tehrana uçacaqlar.
Asiman Hava Yolları Şirkətinin müdirləri, eləcə də ölkənin Hava Yolları Sazimanı hələ ki izah bildirməyiblər.
Vurğulayaq ki, İranın onuncu Məclisinin “Nəvəd Əsli” Komisionu bir neçə il qabaq Asiman Şirkətinin ATR-72 uçağında olmuş hadisə barədə hazırladığı quzarişində Asiman Hava Yolları Şirkətində, Ölkənin Hava Yolları Sazimanında və hava limanları Şirkətində bir sıra pozuntuların olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button