Azərbaycan

Hikmət Hacıyev: “Tonoyan əməllərinə görə cavab verməlidir”

“Oktyabrın 3-ü və 4-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonoyana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”. Bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button