İran

Hindistan İrandan kivi idxalını dayandırdı

Mustafa Darayinejad dekabrın 11-də deyib ki, İran məhsullarını idxal edən bəzi ölkələr İran Bitkilərinin Qorunması Təşkilatının artıq kənd təsərrüfatı məhsullarının idxalına icazə verməsini qəbul etmirlər. Belə olan halda isə İran onların standard və keyfiyyətinə uyğul olaraq istehsal etməlidir.

İran Meyvə Ticarətçiləri Birliyinin sədrinin sözlərinə görə, Hindistan hökuməti İrandan idax edilən kivilərin standartlara uyğun olmadığını bildirərək kivi alışını dayandırdığını açıqlayıb.

Mustafa Darayinejad dekabrın 11-də deyib ki, İran məhsullarını idxal edən bəzi ölkələr İran Bitkilərinin Qorunması Təşkilatının artıq kənd təsərrüfatı məhsullarının idxalına icazə verməsini qəbul etmirlər. Belə olan halda isə İran onların standard və keyfiyyətinə uyğul olaraq istehsal etməlidir.

Darayinejad habelə vurğulayıb: “Oman, Qətər, Hindistan, Rusiya, BƏƏ (İmarat) və Pakistan kimi ölkələr icərisində kənd təsərrüfatı məhsullarında lazım olan gübrə və zəhərin ölçüsünün yazılı olduğu məktubla bizə bildiriş göndəriblər. İranın kənd təsərrüfatı məhsullarından toksinlər və zəhərli maddələr çıxarılmasa, İran bu məhsullar bazarını itirəcək”.

“Bu məsələyə yerli istehsalda istifadə olunan məhsullarda da diqqət yetirilməlidir, çünki iranlılar da kənd təsərrüfatı məhsullarında qalan nitrat və digər toksinləri yeməyə layiq deyillər”, – deyə sonda o əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button