Bölgə

İsrail Ammerikanı İrana qarşı sanksiyaları davam etdirməyə çağırdı

İsrail xarici işlər naziri Yayir Lapid amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığında deyib: "İranla danışıqlar bərpa olunsa belə, Tehrana qarşı sanksiyalar ləğv edilməməlidir

İsrailin xarici işlər naziri Amerikanı İranla danışıqlar bərpa olunsa belə, bu ölkəyə qarşı sanksiyaları davam etdirməyə çağırıb.

İsrail xarici işlər naziri Yayir Lapid amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığında deyib: “İranla danışıqlar bərpa olunsa belə, Tehrana qarşı sanksiyalar ləğv edilməməlidir”.

İsrail Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanata görə, Lapid telefon danışığı zamanı Blinkenə deyib: “İranın əldə etdiyi pullar terrorizm və raket olaraq bizə geri qayıdacaq”.

Xatırladaq ki, İsrail və Amerika başda olmaqla bir sıra dünya gücləri İranın nüvə silahı əldə etməsindən ehtiyat edirlər. Bəzi mənbələrə görə, İran artıq atom silahı əldə etməyə çox yaxınlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button