Dünyaİran

“Hüdudsuz jurnali̇stlər” təşki̇latı Nuşi̇n Cəfəri̇ni̇n həbsi̇ni̇ qınayıb

“Hüdudsuz Jurnalistlər” Təşkilatı iranlı jurnalist Nuşin Cəfərinin tutuqlanmasını qınayıb və onun azadlığa buraxılmasını istəyib. Bu barədə təşkilatın fevriyənin 19-da yaydığı açıqlamasında bildirilib. Qeyd edək ki, Nuşin Cəfəri 3 aqust 2019-cu ildə Sipahın İttilaat İdarəsi tərəfindən tutuqlanaraq 5 il həbs cəzasında məhkum edilib. O, bu il fevriyənin 17-də həbs edilərək cəzasını çəkməsi üçün Qərçək zindanına aparılıb. Jurnalistin vəkili Əmir Rəisian müvəkkilinin öncədən heç bir bildiriş edilmədən tutuqlandığını bildirib. Onun sözlərinə görə, Cəfəri barəsində çıxarılan hökm fevriyənin 13-də elan edilib. Bildirək ki, Tehran hökuməti həm müxaliflərə, həm də anti-xalq siyasəti ilə barışmayan mətbuat, mədəni, çevrə fəallarına, yazıçılara, hünərməndlərə, film yönətmənlərinə və şairlərə qarşı amansız basqılar tətbiq edir.

Related Articles

Bir cavab yazın

Back to top button