İran

Mehdi̇ Kərrubi̇ Əli̇ri̇za Fərşi̇ni̇n ai̇ləsi̇ i̇lə telefonla danışıb

İranda “Yaşıl Hərəkat”ın liderlərindən olan və ev dustaqlığına məhkum edilən Mehdi Kərrubi azərbaycanlı mədəni fəal Əliriza Fərşinin ailəsi ilə telefon təması tutub. Bu barədə “Sahamnews” keçmiş siyasi məhbus Əhməd Riza Haeriyə istinadən xəbər verib. Məlumata görə, Kərrubi danışıq zamanı İttilaat Vəzirliyinin azərbaycanlı fəala qarşı qanunsuz davranışlarını qınayıb. O, Əlirizanın qardaşı şəhid Bəhmən Fərşinin qızına bildirib: “Mən şəhid övladlarına münasibətdə çox həssasam və əzizlərimdən birinə qarşı belə bir hərəkət edildiyinə görə çox kədərlənirəm”. Bildirək ki, Mehdi Kərrubiyə yaxın bu saytda çıxan xəbərdə yazılıb: “Əliriza Fərşi Ana Qanunun 15-ci maddəsinin və ana dilində təhsil almaq hüququnun həyata keçirilməsinə çağırış etdiyi üçün iki il həbs cəzasına məhkum edilib. Keçən ilin 21 culay tarixində Sadeqiyə metro istqahında fiziki zorakılığa məruz qalıb. Öncədən bildiriş edilmədən tutuqlanıb və cəzasını çəkmək üçün Evin, daha sonra isə Böyük Tehran zindanına aparılıb”.

Related Articles

Bir cavab yazın

Back to top button