Dünya

Hulusi Akar: Ermənilər Xocalı sakinlərini öldürəndə haradaydınız? 30 ildir nə düşünürsünüz?

Türkiyə doğma torpaqlarını qorumaqda Azərbaycanı tam dəstəkləyir.

Anadolu agentliyi xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında bildirib.

Nazir deyib ki, Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir.

H.Akar bildirib ki, sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər?

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Bu gün doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”, – Akar əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button