Dünya

Hulusi Akar: “Terrorçuları tamamilə zərərsizləşdirmək qərarımız qətidir”

“Həm bölgədə, həm də Bağdadla əməkdaşlığımız nəticəsində terrorçuları tamamilə zərəsizləşdirmək qərarımız qətidir”. Bunu İraqda səfərdə olan Türkiyənin Milli Difa vəziri Hulusi Akar bildirib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə birgə 36 saatlıq İraq səfərini dəyərləndirən vəzir 8 vacib görüş keçirildiyini diqqətə çatdırıb. Bir çox sahələrdə İraq rəhbərliyi ilə danışıqlar razılıqla nəticələnib. “Önümüzdəki günlərdə nə edəcəyimiz barədə danışdıq. Həm təkbtək, həm də timlərarası danışıqlarımızın həyata keçirilməsi üçün fəaliyyətlərimiz və əməkdaşlıqlarımız, təcrübə mübadilələrimiz davam edəcək. NATO-dakı biliklərimizi və təcrübəmizi İraqlı qardaşlarımıza çatdırmaq üçün çabalarımızı da gündəmə gətirdik. Ortaq öyrətimlər və təmrinlər keçirəcəyik. Bundan başqa təlim, təhsil, dil mövzuları ilə bağlı da qarşılıqlı razılaşma əldə etdik. Nizami timlərimiz qarşılıqlı olaraq ziyarətlərdə olacaq”, – deyə Akar bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button