İran

Həsən Qalibaf vəzifəsindən istefa verib

İranın Burs və Qiymətli Kağızlar Təşkilatının rəisi Həsən Qalibaf Əsl tutduğu vəzifədən istefa verib. O, istefasını ölkənin iqtisad vəzirinə təqdim edib. İstefa məktubunda deyilir:
“Əhali sərmayə bazarına toplu şəkildə dəvət edildiyi zaman mən ən çətin durumda bu məsuliyyəti öz üzərimə götürdüm. Bir neçə aylıq xidmət müddətində bazarı gəlişdirməyə çalışdım. Təəssüf ki, bir sıra siyasi addımlar, məs`ulların sərmayə bazarına müdaxilələri və bazarda kəskin dalğalanma səbəbindən Tehran bursunun ümumi şaxisi görünməyib”.
Qeyd edək ki, Tehranın burs bazarında şaxislərin kəskin enməsindən sonra bazar ertəsi burs şaxisi təxminən 37 min vahid düşüb. İranın burs bazarında bir qrup zərərçəkmiş səhmdar Burs Təşkilatının binası qarşısında etiraz mitinqi keçirib. Etirazçılar “Pullarımızı oğurlayıblar”, “İqtisadi müfsidlərə ölüm” və b. şüarlar səsləndiriblər

Related Articles

Bir cavab yazın

Back to top button