Dünya

Husilər verdikləri vədlərə baxmayaraq, uşaq “əsgərlərdən” istifadə etməyə davam edirlər

Əldə olunan sənədlər göstərir ki, İranın dəstəklədiyi Yəmən husiləri Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə əldə edilən anlaşmanın əskinə olaraq, yenə də uşaqlardan "terrorçu" olaraq istifadə etməyə davam edir.

Husi qruplaşmasının iki məsul şəxsinin verdiyi məlumata görə, təkcə ötən iki ay ərzində yüzlərlə uşaq, o cümlədən 10 yaşlı uşaqlar husi terrorçu qruplaşmalarına cəlb edilib.

Məlumata əsasən, aprel ayında Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə əldə edilən atəşkəsdən sonra həmin uşaqlar cəbhə bölgəsinə göndərilib.

Qeyd edək ki, İran bölgədə Yəmən husiləri də daxil olmaqla, bir neçə proksi (niyabəti) qruplaşmalarına pul və silah yardımı ilə dəstək verərək bölgə ölkələri üçün ciddi təhdid yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button