İran

İran raketləri̇ Suri̇ya ərazi̇si̇ndə gi̇zlədi̇li̇r

İran yaraqlıları öz raketlərini Suriyadakı tarixi əsərlər arasında gizlədirlər. Bu barədə Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb. Bildirilib ki, Suriyanın Deyr əz-Zor vilayətinin Əl-Məyadin bölgəsində yerləşən İran qüvvələri, habelə onlara bağlı yaraqlılar öz silah və döyüş mühümmatlarını hava hücumlarından qorumaq üçün Suriyanın tarixi abidələri arasında qazılmış səngərlərdə, eləcə də dərin kanallarda gizlədiblər.

“Sepah”a bağlı “Əbülfəzl Abbas” adlı yaraqlılar qrupu bu bölgədəki anbarlarına böyük miqdarda döyüş sursatı, qısa və orta hədəfli raketlər daşıyıblar. Suriya İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, bu silahlar daha öncə Suriyaya İraq mərzindən keçirilib.

Bildirək ki, “Sepah”a bağlı yaraqlılar uzun müddətdir ki, öz silahlarını yaşayış yerləri və tarixi binalar arasında yerləşdirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button