İran

İranda i̇ki̇ tələbəyə şallaq cəzası veri̇li̇b

Şahrudun Sənaye və Teknoloji Danişqahının öyrənciləri Milad Naziri ilə Şübeyr Hüseyni-Nik şallaq zərbəsinə məhkum ediliblər. Öyrəncilər “Telegram” kanalında ictimai rəyə təsir etmək üçün “yalan bilgilər yaymaqda” günahlandırılıblar. Bu barədə öyrəncilərin vəkili Məhəmməd Əli Kamfiruzi ordibeheştin 3-də mətbuata açıqlamasında bilgi verib. Vəkilin sözlərinə görə, öyrəncilərin hər birinə 36 şallaq cəzası verilib. O, məhkəmənin çıxardığı hökmə etiraz edib. “Sepah”ın İttillaat İdarəsi tərəfindən müvəkkillərinə qarşı yersiz ittihamlar əsasında pərvəndə açıldığını diqqətə çatdırıb. Öyrəncilərin indiki vəziyyəti barədə isə hər hansı bilgi verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button