Dünya

İraqın Terrori̇zmlə Mübari̇zə Qurumu İşi̇d-ə qarşı əməli̇yyatlara başlayıb

İraqın Terrorizmlə Mübarizə Qurumu DAİŞ-ə və ona bağlı qüvvələrə qarşı geniş genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyatın hədəfi Bağdadda bəhmən ayının 2-də baş verən partlayışlarda ölənlərin intiqamını almaq olub. Bu barədə İraqın Terrorizmlə Mübarizə Qurumunun yayımladığı bəyanatında bildirilib. Əməliyyat zamanı Bağdad Əyalətinin Bab ül Müəzzəm, Əl Anbar əyalətinin Elməriyyə və Fəlucə, Kərkük əyalətinin Dor ol Filəq bölgələrində DAİŞ-in və ona bağlı qüvvələrin bir sıra üzvləri öldürülüb. Qeyd edək ki, Bağdadda bəhmən ayının 2-də baş verən iki partlayışda azı 32 nəfər ölüb. İraqın baş vəziri Mustafa Əl Kazimi partlayışdan sonra ittialat və əmniyyət üzrə 5 yüksək vəzifəli məqamın işinə son verib. O, terror əməliyyatını gerçəkləşdirən qruplaşmalardan intiqam alınacağını dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button