Araşdırma & Təhlil

İranın bölgədəki̇ fəali̇yyətləri̇: Məqsəd və nəti̇cələr

Xəbər verdiyimiz kimi, İran ilə Səudi Ərəbistan məsullarının görüş keçirməsi barədə məlumatlar yayılıb. Görüşün Əlkaziminin vasitəçiliyi ilə Bağdadda keçirildiyi bildirildi. Ancaq rəsmi Tehran ilə Riyaz belə bir görüşün keçirilməsi xəbərini dandılar. Daha sonra İran Dış İşləri Baxanlığının sözçüsü Səudi Ərəbistan ilə müzakirələr aparmaq istədiklərini dilə gətirdi. Səudi Ərəbistan məqamları da görüşün keçirilməsi xəbərini təyid etdilər. Bildirək ki, İran ilə Səudi Ərəbistanın 5-6 ildir diplomatik irtibatları kəsilib. Bunun özəlliklə bölgə güvənliyi üçün önəmli olduğu bilinir. Görüşlər nəticəsində İranın Yəmənə müdaxiləsinin dayandırılacağı ilə bağlı gözləntilər var idi. Ancaq ötən günlərdə “Anadolu” xəbər ajansı İrana bağlı qüvvələrin Suriyədən Yəmənə göndərilməsi barədə xəbər yayımladı. Beləliklə, İran bir daha husiləri dəstəklədiyini sübuta yetirdi. İranın Ankaradakı səfirliyi isə “Anadolu” ajansının xəbərini rədd etdi. Bu kimi olayların baş verdiyi bir dövrdə Amerika Xəlicdə İran gəmisindən çox sayda silah ələ keçirdi. İran Yəməndəki qüvvələrə silah göndərməyə çalışmaqla bir daha husiləri dəstəklədiyini göstərmiş oldu. İran bu addımlarla bölgənin güvənliyi üçün bir nömrəli təhlükə olduğunu yenidən təsdiqlədi. Vurğulayaq ki, Yəmən savaşı illərdir insani faciəyə çevrilib. Yüz minlərlə insan doğma torpaqlarından didərgin düşüb. Artıraq ki, İran düşmən kimi gördüyü ölkələrə qarşı birbaşa deyil, dolayı yollarla mübarizə aparmaq üsulunu seçir. Bu durum Suriyada da davam etməkdədir. Belə ki, illər öncə milyonlarla insan normal bir ölkə hakimittəti qurmaq ümidi ilə Bəşar Əsəd rejiminə qarşı ayağa qalxdı. Ancaq İran minlərlə günahsız insanın qanı bahasına Suriyə rejimini qorudu. Bu fəlakətin sonunda isə nə Suriya milləti, nə də İran qazandı. İran yenə də meydanın uduzanı oldu. Bu durum doğudakı qonşularla da oxşardır. Belə ki, Əfqanıstan heç cür hüzur ilə rifaha qovuşa bilmədi. Ötən günlərdə onlarla gənc qız radikal islamçılığa qurban getdi. Bu olayda da İran məzlumun deyil, zalımın yanında yer aldı. Əfqanıstan milləti Tehranın “Taliban”la ilgililərini sorğuladı. Nəticədə İslam Cümhuriyyəti yenə də bölgə millətlərinin nifrətinə məruz qaldı. Qonşuluq ilişkiləri özəlliklə İran kimi gəlişməkdə olan ölkələr üçün son dərəcə önəmlidir. İran enerji qaynaqları, iş gücü sayəsində Orta Asiyadan Qafqazlara, hətta Orta Doğuya qədər bir çox ölkə ilə yaxşı ilgilər qura bilər. İşbirliyi yaratmaq potinsealına sahib bir ölkədir. Ancaq bu gün fars faşizmi bütün qonşuları ilə düşmənlik edir. İranın Azərbaycan Cümhuriyyətinə qarşı münasibətini örnək kimi göstərə bilərik. Belə ki, İran birçox imkanları olan Azərbaycan yerinə işğalçı Ermənistanı dəstəkləməyi seçdi. Bununla da İran rəsmi olaraq Qafqazlardan ixrac olma sənədini imzaladı. Eləcə də milyonlarla güney azərbaycanlının arasında nüfuzunu itirərək iç siyasətdə də böhranları artırdı. Beləliklə, İranda normal hakimiyyətin olmamasından isə həm ölkə, həm də bölgə ulusları ziyan çəkir.

Related Articles

Bir cavab yazın

Back to top button