İran

İranın təhsi̇l si̇stemi̇ndə ci̇nsi̇ ayrı-seçki̇li̇k

İranda İslam İnqilabından qısa zaman sonra “Fərhəngi İnqilab” adı altında bütün danişqahlar bağlanıb. Aylarla davam edən bu olayın əsas səbəbi İranda ali təhsil sisteminin İslami və İrani dəyərlərə uyğun olmamasıdır. Elə həmin tarixdən İran Təhsil Sistemində köklü dəyişikliklər edilib. İslami Şəriət qanunları nəzərə alınmaqla qız və oğlanlar ayrılaraq iki cinsiyyətli mədrəsələr yaradılıb. Həmin tarixdə maddi olaraq bütün imkanlar bu işin görülməsinə yönəldilib. Ancaq ali təhsildə qadın öyrətmənin yetərsizliyi onlara maneə olub. Bildirək ki, danişqahlarda hələ də qız və oğlanlar qarışıq bir şəkildə təhsilə davam edir. İran-İraq savaşı bu kimi inqilabi işlərin inkişafına səbəb olub. Ancaq bu durum Əli Xamneyini razı salmayıb. Belə ki, Əli Xamneyi İrani-İslami tərbiyə məsələsinə israr edərək yeni bir nəslin formalaşmasını istəyirdi. Bu sistem ilk başda qız və oğlanları bir- birindən ayırmaqla başlasa da, sonralar daha dərin bir siyasətə çevrildi. Əli Xamneyinin qadınlar haqqında bir çox çıxışlarında bu məsələlərin iç üzünü görmək olar. Xamneyinin gözündə tək məqbul qadın İrani-İslami fərhənginə uyan insan modelidir. Bu düşüncələr kiçik yaşlardan təhsil sistemi vasitəsilə təbliğ edilir. Getdikcə daha da radikallaşır. Misal olaraq uşaqların dərs kitablarının üz qabıqlarının dəyişdirilməsini qeyd edə bilərik.

Belə ki, üçüncü sinif riyaziyyat kitabının üz qabığındakı şəkildə bir neçə qız uşağının şəkli təsvir olunmuşdu. Ancaq bu il həmin şəkilin qaldırıldığı bəlli olub. Burada təkcə oğlan uşaqlarının şəkli qalıb. Bu məsələ sosial mediada çoxlu etirazlara səbəb olsa da, hələlik məsullar səssiz qalıblar. Kitabın rəssamı durumdan xəbərsiz olduğunu bildirərək etiraz edib. Ancaq heç bir şəkildə İrani-İslami tərbiyəni toplumda mənimsədə bilməyiblər. Hələ də bu kimi işlər ciddi etiraza səbəb olur. İran dünyada rəzil olmağa davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button