Sağlıq & Yaşam

Qəzvində 4 130 ton püstə istehsal ediləcək

Bu il Qəzvinin püstə bağlarından 4 130 ton püstə dəriləcəyi gözlənilir. Bu barədə Qəzvin ustanının Əkinçilik İdarəsinin Bağmanlar üzrə müdiri Əli Əkbəri bilgi verib. Onun sözlərinə görə, bu qədər məhsul 3 820 hektar bağdan yığılacaq.
Qəzvinin bütünlükdə 4 750 hektar püstə bağı var ki, onun 930 hektarı hələlik bar vermir. Bu məhsul üçün ustanda 6 mekanizə vahid, eləcə də 950 sünnəti vahid püstə emalı bölümündə çalışır. Qəzvin püstəsi şirniyyat sənəti, çərəz, eləcə murabba sənayəsində istifadə edilir.
Xatırladaq ki, Qəzvin püstə tolidi baxımından İranın ustanları sırasında 12-ci yerdə durur.

Related Articles

Bir cavab yazın

Back to top button