Araşdırma & Təhlilİran

İbrahim Rəsi necə bir dönəm başlayır?

Dünən İran İslam Cumhuriyyətinin 13-cü Cumhurbaşqanlığının andiçmə mərasimi keçirildi. İran qanunlarına görə millətin səsiylə seçilən Cumhurbaşqanı ancaq Əli Xaməneyinin təyidi ilə görəvinə başlayabilər. Xaməneyi də dünən İbrahim Rəisinin hökmünü imzaladı və Rəisi rəsmən Cumhurbaşqanlığı məqamına oturdu.
Xordad ayının sonunda geçirilən Cumhurbaşqanlığına seçilən İbrahim Rəisinin seçim sürəci özü ayrı bir mübahisə qonusudur. İran İslam Cumhuriyyəti tarixinin ən az iştirak olduğu bu seçimlərdə əslində hakimiyyət hər şeyi Rəisinin seçilməsi üçün öncədən ayarladı. Heç bir rəqibə hətta hakimiyyətin bünyəsində olan islahatçılara rəqabət imkanı verilmədi. Xaməneyinin iradəsi əsasında İbrahim Rəisi İranın 13-cü Cumhurbaşqanı olaraq seçdirildi.
Həsən Ruhani dönəmi də İranın bir çox iç və xarici müşküllərinin olduğu baxımından tarixi dönəm idi. Dünyayla irtibatları düzəldib təhrimlərin götürülməsi vədəsiylə iş başınba gələn Ruhani verdiyi sözlərin heç birinə əməl etmədi. Özəlliklə xarici siyasətdə Ətom Enerjisi qonusunda Trump hökümətinin anlaşmadan çıxmasıyla İran ciddi şəkildə bir sürü müşküllərlə üzləşdi.
Ruhani özəlliklə Fars olmayan millətlərin haqlarıyla bağlı bir çox söz vermişdi. Başda Azərbaycan Türkləri olmaqla hakimiyyət Ana dilində təhsil kimi haqları verəcəyini vədə verdi. Ancaq 8 ildən sonra Ruhani hökümətində demokrasi daha da məhdudlaşdı və Fars milliyətçiliyi gücləndi. Ancaq indi halı- hazırda millətin əsas şikayəti iqtisadi vəziyyətlə bağlıdır. Həsən Ruhaninin özəlliklə son illərində İranda ciddi bir bahalıq düşdü. İnsanlar gün çörəklərini təmin etməkdə belə ciddi müşküllərlə üz bə üz qaldılar. Habelə Korona virus böhranında hakimiyyət tamamən başarısız oldu. Bütün dünya sürətlə vaksinasyon elədiyi zaman İranda heç bir umuddan əsər yoxdur. Hər gün yüzlərcə nəfər koronadan ölür və Korona qurbanlarının sayısı günlük 500 nəfərə çıxıbdır.
İbrahim Rəisi bu müşküllər dağı ilə üz bə üz qalıbdır. Ancaq Rəisinin başarısız və daha doğrusu təcrübəsiz keçmişi millətin gələcəyə dayir umudunu daha da azaldıbdır. Özəlliklə ictimayi və siyasi azadlıqlar qonusunda Rəisininin radikal karakteri İranda yeni bir qaranlıq dönəmin başlayacağından xəbər verir. İlk dəfə İranda bütün güc hər sahədə Əli Xaməneyinin bəyəndiyi və istədiyi şəkildə radikalların əlindədir.
Rəisi gəlmədən internetin tamamən bağlanma önərisi məclisdə hardasa kəsinləşdi. Bu özü başlı başına İranın gələcəyinin necə olacağını göstərdi. Özəlliklə İbrahim Rəisinin bu qonuda səssiz qalması da milləti azadlıqlar qonusunda daha da qorxudubdur.
Bir ayrı tərəfdən də hər gün İranın 4 bucağında etirazlar baş verir. Həftələrdir dəvam edən əl-Əhvaz etirazlarını hakimiyyət qanla yatırmağa çalışır. Azərbaycanda Mordadın ikisindəki etirazlarında tutuqlanan fəallar hələ də var buraxılmayıblar. Bütün bu qaranlıqlarda Xaməneyinin ən sevdiyi Cumhurbaşqanı tipi İbrahim Rəisinin iş başına gəlməsi vəziyyətin daha da çətinləşəcəyindən xəbər verir. Ancaq bu da aydın məsələdir ki Rəisini də çətin günlər gözləyir.

Related Articles

Bir cavab yazın

Back to top button