İran

Korona böhranı: Amerika öz vətəndaşlarını İrana getməkdən çəkindirib

Bütün dünyada korona mərizlərinin sayının artmasından sonra, Amerika İranla yanaşı, bir neçə ölkəyə səfər etmək barədə öz vətəndaşlarına bildiriş edib.

“The Independent” nəşrinə görə, Amerika vətəndaşlarının səyahət etməsinə qadağa qoyulan ölkələrin tam listəsini Amerika Xarici İşlər vəzirliyinin “Dördüncü Səth” listəsində və bu ölkənin “Mərizliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərində” görmək olar.

Mərizliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, 4-cü səth listəsində yer alan 70 ölkəyə səfər haqqında deyilir: “Bu ölkələrə səyahət etməkdən çəkinin. Əgər bu ölkələrə səfər etmək məcburiyyətindəsinizsə, öncədən tam vaksin vurdurduğunuzdan əmin olun”.

“The Independent” əlavə edir ki, İngiltərədən Amerikaya səfər məhdudiyyətləri ilk dəfə keçən il marsın 16 -da qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button