Elm & Texnologiya

İki haker Amerika vebsəhifələrinə hücum ediblər

“Nyu York Taymz” xəbər saytına görə, Amerika onlarla Vebsəhifəni hək etdiklərinə görə, iki iranlı və filistinliyə cürm elam edib. Onlar Süleymaninin öldürülməsi intiqamını almaq istəyirmişlər.
Masaçusset əyalətinin dadsitanının çıxardığı keyfərxastda bildirilib ki, həmin iki nəfər 19 yaşında iranlı Behzad Məhəmmədzadə və 25 yaşında filistinli Mərvan Əbusrurdur. Hər ikisi öz ölkələrinin vətəndaşıdırlar.
Çıxarılmış keyfərxastda hək olunmuş 51 vebsəhifənin adı vurğulanmayıb. Bu şəxslər həmin səhifələrdə Süleymaninin fotosunu və İranın bayrağını, habelə “Amerikaya ölüm” şüarını yerləşdiriblər.
Xəbərə görə, həkerlər FBI-ın axtarış listinə yerləşdiriliblər. İrandan və ya Filistindən çıxdıqda tutuqlanacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button