Dünya

İki livan vətəndaşına Tehranın Pasdaran küçəsində atəş açıldı

Fars xəbər ajansı 2 ərəbin öldürülməsi ilə bağlı məlumat verib. Bu barədə ilk xəbərlər cümə günü Muradadın 17-də nəşr olunub. Onların güllə atəşi ilə öldürüldüyü və cəsədlərinin L90 maşınında tapıldığı bildirilib. Xəbər İranın rəsmi məqamları və orqanları tərəfindən doğrulanmayıb. Məlumata görə, öldürülənlər Həbib Davudi və qızı Məryəm Davudidir. Onların öldürülməsi terror olayı adlandırıb. Rəsmi olmayan bir sıra mənbələr isə olayın Lübnanın Hizbullahı ilə mürtəbit olduğunu deyir. Amma həmin şəxslərin gerçək kimlikləri və İranın himayə etdiyi yaraqlılarla rabitələrinin olub olmaması barədə bilgi verilməyib. Məlumata görə, 2 lübnanlı vətəndaş Tehranın Pasdaran xiyavanında Əbu Mehdi Əl Mühəndis ailəsinin Birinci Bustanda yerləşən evi yaxınlığında öldürülüb. Olay bir motorsiklet sürənin atəş açması ilə baş verib. Açılan 5 güllə atəşindən 4-ü onlara dəyib. Silahlı şəxs olay yerindən uzaqlaşa bilib. Xatırladaq ki, İraqda yerləşən Həşəd Əl Şəbi yaraqlılarının fərmandehlərindən olan Əbu Mehdi Əl Mühəndis 1398-ci ilin Deyin 13-də Amerika ordusunun həmləsi ilə öldürülüb. Onun Sipah Pasdaranın İrandan xaric Qüds qüvvəsinin fərmandehi Qasım Süleymani ilə birlikdə Bağdadın Hava Limanı yaxınlığında öldürüdüyü bəlli olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close