İran

Xəzər dənizində iki gənc batıb

Ləvəndəvil qəsəbəsinin başçısı Tovhid Kərəmzadə murdad ayının 17-də Xəzərdə batan üç gənc haqda məlumat verib. “Ləvəndəvil qəsəbə sakini olan üç 15 və 16 yaşında gənc Xəzər Dənizinin Qarasu bölgəsində çimərkən batıblar. Üçüncü gənc isə sudan çıxa bilib və sağlığı ehya (bərpa) olunaraq mərizxanaya götürülüb”, – deyib.
“Cəsədlərin biri boğulduğu ilk anlarda sudan çıxarılıb və ikinci cəsədin tapılmasına axtarmalar davam edir. Onların batdıqları yer dənizin xətərli yeri olmaqla girişində “Çimmək Qadağandır” tablosu quraşdırılıb. Şəhər sakinləri və turistlərdən istəyirik ki, qadağan edilmiş xətərli yerlərdə çimməkdən çəkinsinlər və əylənmələrini keçirmək üçün dənizin xətərsiz və icazə verilmiş yerlərini seçsinlər”, – deyə sözlərinə əlavə edib.
Bildirək ki, Astara şəhristanı İran dövlətinin Güney Azərbaycanın coğrafiyasına qarşı asimilasion siyasəti olaraq Güney Aəzrbaycanın Ərdəbil ustanın idari təqsimatından (inzibati ərazi bölgüsündən) çıxarılaraq Gilan Ustanına biləşdirilib. Astara şəhristanı, bölgələr və ölkələrarası birləşdiricilik baxımdan, Quzey Azərbaycan ölkəsinin mərzindən Avropaya açılan qapıdır. Digər tərəfdən bu şəhristan İranın sair ustanlarını Quzey Azərbaycan Cümhuriyyətinin mərzi vasitəsi ilə Avropaya birləşdirir. Astara şəhristanı birləşdirildiyi Gilan Ustanı və ölkə üzrə iqtisadi baxımdan böyük gəlir mənbəyidir. Bu şəhristan illik 6 milyon 800 min müsafir qəbul edir və iki Azərbaycan Cümhuriyyəti və İran ölkələri arasında əl ilə daşıma ticarəti baxımdan ən iri gəlirli mərzdir və sadirat-varidat üzrə ölkənin üçüncü önəmli mərz gömrüyü sayılır. Astara şəhristanın sakinlərin əksəriyyəti Geny Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Şəhristanın coğrafi adlarının əksəriyyəti bu xəbərdə vurğuladığımız Qarasu bölgəsi təkin türkcədir.
Bu təsvirlər illik bu şəhristanda iqtisadi gəlirin necə iri həcmdə olduğu bəllidir. Elə buna görə də Güney Azərbaycan bölgələrinin coğrafi və iqtisadi asimilasion siyasəti olaraq zəyiflətmək hədəfi ilə İran dövləti tərəfindən Güney Azərbaycanın Ərdəbil Ustanından ayırılıb Gilan ustanına biləşdirilib. Bununla da Ərdəbil ustanı və nəticədə Güney Azərbaycan coğrafiyası iri iqtisadi gələridən və iqtisadi gəlişmədən məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button