AzərbaycanDünya

İlham Əliyev sammitdə Paşinyanı susdurub, onun ittihamlarını rədd edib

Avrasiya İttifaqının sammitində Ermənistanın Baş naziri Paşinyan Azərbaycana qarşı ittihamlarla çıxış edib.

Sammitdə qonaq qismində dəvət edilmiş Prezident İlham Əliyev məntiqi ardıcıllıqla Paşinyanın cavabını verib.

Paşinyanın Zəngəzur dəhlizi, Laçın dəhlizi barədə iddialarını rədd edən dövlət baçısı Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib.

İ.Əliyev deyib ki, Azərbaycan özünün qanuni ərazisində sərhəd postu quraşıdırıb və bu onun tam haqqıdır.

Laçın yolu ilə hərəkətə isə heç bir mane yoxdur. Azərbaycan vətəndaşları olan erməni əhalisi sərbəst şəkildə Ermənistana gedib-gəlir.

“Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”, – Prezident İlham Əliyev qeyd edib.

“Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır.

Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”, – Azərbaycan Prezidenti bildirib.

Daha sonra Putin çıxış edib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir.

Putin qeyd edib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.

Həmin görüntüləri oxucularına təqdim edirik:

Related Articles

Bir cavab yazın

Back to top button