Dünya

Ukraynadan Avropaya 8,24 milyondan çox qaçqın gedib

Rusiya müharibəsi başlayandan Avropa ölkələrinə Ukraynadan gedən qaçqınların sayı 8 milyon 249 min 55 nəfərə çatıb. Bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) İdarəsi yayıb.

Qeyd olunub ki, son bir həftə ərzində onların sayı 8 766 nəfər artıb.

24 fevral 2022-ci il tarixindən 23 may 2023-cü il tarixədək qaçqınların əksəriyyəti Rusiya ərazisinə keçib – 2 852 395, qəbul edilən qaçqınların sayına görə ikinci yeri Polşa (1 605 738) tutur.

Qeyd edilib ki, 5 246 661 ukraynalı qaçqın müvəqqəti müdafiə və dəstək üzrə milli proqramlara daxildir.

BMT QAK-nın məlumatına görə, ötən il fevralın 24-dən bu il mayın 23-dək Ukraynadan qonşu ölkələrə 21 milyon 924 min 285 nəfər gedib.

Eyni zamanda 13 060 039 nəfər sərhədi əks istiqamətdə keçib.

Related Articles

Bir cavab yazın

Back to top button