Azərbaycan

İlham Əliyev: “Zəngəzur dəhlizini icra edəcəyik…”

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Bu sözləri Azərbaycan Cümhuriyyətinin Prezidenti İlham Əliyev Hacıqabul şəhristanına səfəri zamanı Azərbaycan Televizyonuna müsahibəsində deyib. Dövlət başçısı uzun illərdən sonra Azərbaycan xalqının doğma torpaqlarına qayıtması prosesinin həyata keçiriləcəyinə də diqqət çəkib.
“Necə ki, mən savaşdan öncə və savaş dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, otomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.
Beləliklə, Azərbaycan xalqı 101 il bundan öncə bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button