Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı: İranda edamların sayı artıb

Uluslararası Əfv Təşkilatının 2020-ci ildə dünya üzrə edamlarla bağlı son raporu yayımlanıb. Raporda koronavirus səbəbilə edamların sayının azaldığı diqqətə çatdırılıb. Belə ki, 2020-ci ildə yalnız 18 ölkədə 483 edam icra edilib. Bu da 2019-cu ildə qeydə alınan 657 edamdan yüzdə 26 azdır. Ancaq təhlükəli virus İran və Çin kimi ölkələrin edam listəsinin zirvəsində yer almasını əngəlləyə bilməyib. Məlumata görə, ötən il İranda 246 nəfər edam edilib. Təşkilat bildirir ki, edama məhkum edilənlərin azı 23-ü kütləvi etirazlar zamanı tutuqlanıb. Raporda məhkumların insan haqlarının pozulması və itkin düşmələri kimi məsələlərə də toxunulub. “Human Rights Watch” bu şəxslərlə bağlı keçirilən məhkəmələrin ədalətli olmadığını vurğulayıb.
Qeyd edilir ki, İranda icra edilən 3 edam hökmü 18 yaşına çatmayan məhbuslarla bağlı olub.

Related Articles

Bir cavab yazın

Back to top button