İran

İmtahanların keçiriləcəyi tarix açıqlandı

Korona ilə Milli Mübarizə Sitadı konkurun geriyə salınmasına qarşı çıxıb. Belə ki, imtahanların murdadın sonunda keçirilməsi planlaşdırılır.
Elmlər və Sağlıq Vizarətləri iki gün öncə bildirib ki, konkurun keçirilməsi 1 ayadək geri salınacaq. Ancaq Həsən Ruhaninin rəhbərlik etdiyi Korona ilə Milli Mübarizə Sitadı bu təsmimə qarşı çıxıb. Beləliklə, ölkə üzrə konkur imtahanları əvvəlki təyin olunmuş tarixdə – Şəhrivərin 1-nə kimi keçiriləcək.
Prezidentin müşaviri Hisaməddin Aşina vurğulayıb ki, “danişqahlarda təhsil imtahanları, eləcə də Məhərrəm ayı mərasimləri sağlıq göstərişlərinə tam riayət olunaraq təşkil ediləcək.
Xatırladaq ki, Sağlıq vəziri Səid Nəməki bir müddət əvvəl konkurun keçirilməsinin iki halda baş tuta biləcəyini bildirmişdi. Birincisi, oturacaqların fasiləsi 2 metrə artırılmalı, ikincisi isə imtahan salonlarının sahəsi ancaq yüzdə 20-i dolmalıdır.
Dövlət sözçüsü Əli Rəbii də məsələyə münasibət bildirərək konkur imtahanlarının murdadın sonunda keçiriləcəyini təsdiqləyib.
Qeyd edək ki, imtahanların keçirilməsini gözləyən 900 min nəfər həftələrdir ki, konkurun keçirilməsi barədə uyğun olmayan xəbərləri izləyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button