Dünya

İndoneziyanın müdafiə naziri Ukraynada müharibə bölgəsində hərbisizləşdirilmiş zona yaratmağı təklif edir

İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını - atəşkəsin əldə olunması, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib.

Prabovo Subianto bu təşəbbüsü Sinqapurda davam edən “Shangri-La Dialogue” təhlükəsizlik konfransındakı çıxışında səsləndirib.

Plana görə, hər iki tərəf dərhal atəşkəs elan etməlidir. Bundan sonra tərəflər silahsızlaşdırılmış zona yaratmaq üçün hazırki mövqelərindən 15 kilometr uzaqlaşmalıdırlar. Həmin zonaya beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir.

Prabovo Subianto, həmçinin hesab edir ki, BMT mübahisəli ərazilərdə əhalinin əksəriyyətinin iradəsini obyektiv şəkildə təsdiqləmək üçün referendum keçirməlidir. Subianto mübahisəli ərazilər dedikdə hansı ərazilərin nə nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Onun sözlərinə görə, İndoneziya bütün bu proseslərdə iştirak etməyə, o cümlədən BMT-nin sülhməramlı missiyası çərçivəsində öz ordusunu göndərməyə hazırdır.

Related Articles

Bir cavab yazın

Back to top button