İran

İnsan Haqları Təşkilatı İranda edamların artmasına dair hesabat yaydı

dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə hazırlanan hesabata əsasən, 2021-ci ilin əvvəlindən bugünədək uyuşdurucu maddələrin qaçaqmalçılığı ittihamı ilə İran zindanlarında 116 nəfər edam olunub.

İran İnsan Haqları Təşkilatı bu il ötən ilin eyni dövrü ilə müqayisədə narkotik maddə ticarəti ittihamı ilə həbsə düşənlərin İran rejimi tərəfindən edam edilməsinə dair rəqəmlərin beş dəfə artdığını bildirib.

dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə hazırlanan hesabata əsasən, 2021-ci ilin əvvəlindən bugünədək uyuşdurucu maddələrin qaçaqmalçılığı ittihamı ilə İran zindanlarında 116 nəfər edam olunub.

Xatırladaq ki, bu göstərici 2020-ci ildə 23 nəfər, 2019-cu ildə isə 30 nəfər olub.

Təşkilatın məlumatına görə, rejim tərəfindən bu ilin əvvəlindən etibarən narkotik cinayətlərinə görə edam edilənlərin ümumi sayından son 15 gündə üçü qadın olmaqla, 14 nəfər edam edilib. Edam edilənlərin əksəriyyəti isə etnik bəluçlardır.

Bununla bağlı, İran İnsan Haqları Təşkilatının sədri Mahmud Əmiri Müqəddəm İranda narkotik cinayətkarlarının edamını “İslam Cümhuriyyətinin edam maşını üçün ucuz qurbanlar” adlandırıb və bu insanların İran xalqının ən zəif təbəqəsi (اقشار) olduğunu vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatını və Avropa ölkələrini bu məhkumların heç bir fərq qoyulmadan edam edilməsinə qəti reaksiya verməli olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button