İran

İranın əmniyət qüvvələri Güney azərbaycanlı milli fəalın atasının evinə basqın edib

Colaninin yaxınları bildirib ki, hadisə bu gün, dekabrın 11-də baş verib.

İranın əmniyət qüvvələri Güney azərbaycanlı milli fəal Meysəm Colanini tutmaq üçün onun atasının evinə qəfil basqın edib.

Colaninin yaxınları bildirib ki, hadisə bu gün, dekabrın 11-də baş verib.

Əmniyət qüvvələri saat 12-də Meysəm Colani ilə telefonda danışaraq onu 20 dəqiqəlik Ərdəbil vilayətinin Baş Kəşfiyyat və ETTELAAT İdarəsinə çağırıblar. Colani isə bunun qeyri-qanuni olduğunu və yazılı məhkəmə qərarının göndərilməsini istəyib.

Colaninin hansı səbəbdən sözügedən idarəyə çağırıldığı hələ ki, bəlli deyil.

Xatırladaq ki, bir neçə gün öncə İranın əmniyət qüvvələri milli fəal Mohsen İsmailinin də atasının evinə basqın edib, lakin onu tapa bilməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button