İqtisadiyyat

İqtisadi vəziyyətin kirayədə yaşayan insanlara etkisi

Son zamanlar iqtisadi problemlər cəmiyyətin yaşam tərzinə ciddi etki göstərib. Belə ki, kirayədə oturan cəmiyyət məcburən şəhərlərin şimal bölümündən ortalara, habelə şəhər ətraflarına köçməyə məcbur olublar. Bu gedişat təqribən 97-ci ildən başlayıb. Ancaq problem bununla bitməyib. Məlumata görə, son zamanlar ailələr damların üstünü icarə edərək çadırda yaşamağa başlayıblar. son günlərdə bir çox cütlüklər məişət xərclərini ödəyə bilmədiyi üçün ev əşyalarını kantinerlərə daşıyıb. Beləliklə, ailələr ayrı-ayrı atalarının evlərində yaşamağa məcur olublar. Şəhər saldırma vəzirinin muavini Məhmud Məhmudzadənin sözlərinə görə, 1395-ci ilin amarına əsasən Tehranda yaşayanların yüzdə 43.3-ü kirayədə oturanlardır. Ölkə üzrə isə 18 milyon 100 min ailədən təqribən 6 milyon 600 min, yəni yüzdə 30.7-i icarədə qalır. Tehranın Ev əmlakçılar birliyinin rəisi Hesam Oqabinin sözlərinə görə isə kirayə həyatı yaşayanların yüzdə 20-i məcburi daşınanlardır. Belə ki, bu ailələr şəhərin varlı və ya orta təbəqə sanılan məhlələrində deyil, şəhər kənarlarında yaşamağa məcbur qalıblar. Ev əşyalarını kantinerlərə daşıyan bir ailə bildirib ki, 2 uşağımız olduğu üçün ayrılmaq fikrində deyilik. “Məişət xərclərimizi ödəyə bilmədiyimiz üçün ev əşyalarımızı 2 ay əvvəl kantinerlərə daşıdıq. Həyat yoldaşımla ayrı-ayrı ata evimizdə yaşamağa qərar verdik. xususi şirkət, aylığımı ölkənin iş qanunu ilə ödəsə də, bu pul 4 nəfərlik ailənin xərclərini ödəmir” deyə onlar bildirib. Rəsmi məqamlar isə öz növbəsində ev kirayələrinin artmasını təyid edib. Ancaq damların kirayə edilməsi danılıb. Tehran Fərmandarı İsa Fərhadi Tir ayının 9-da problemlə bağlı fikir bildirib. “ Məsələnin subutu üçün heç bir sənəd yoxdur. Dam üstlərində görünən çadırlar havanın istiləşməsi səbəbi ilə ev sahibləri tərəfindən qurula bilər” deyə o , vurğulayıb. Şərq qəzeti isə Tehran şəhrdarı, Əli Noruziyə istinadən, dam üstü evlərin icarəsinin 25 mindən 50 minə yüksəldiyini xəbər verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close