İran

İrəc həririçi koronavirus təhlükəsindən danışdı

“Vəziyət heç də yaxşı deyil. Koronavirus mərizliyinə tutulanların sayı azalmayanadək hər gün 200-dən çox insanın ölümü davam edəcək”. Bu sözləri İranın Sağlamlıq vəzirinin müavini İrəc Həririçi deyib. O, koronavirus səbəbiylə mərizxanaya yerləşdirilən insanların yüzdə 5-10-nun öldüyünü bildirib.
Qeyd edək ki, ölkədə tirin 29-dan indiyədək Covid-19 qurbanlarının rəsmi aamarı 200-dən çox olub. Belə ki, bu rəqəm mey ayında ölənlərin sayından dörd dəfə çoxdur.
Onun sözlərinə görə, Tehran şəhəri mərizliyin ölkəyə yayılma mənbəyinə çevrilib.
Tehran ustanı üzrə Koronavirusla Mübarizə Qərargahının rəis müavini Nadir Təvəkküli də məsələ ilə bağlı fikir bildirib. “Koronavirusa tutulan mərizlər son həftələrdə mərizliyin ilk dalğasından daha ağır durumdadır” deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button