İran

İRAN 40-DAN ÇOX ÖLKƏDƏ 360 TERROR TÖRƏDİB

Amerikanın Xarici İşlər Vizarətxanasının yayınladığı “İranın ölkədən kənarda terror fəaliyyətləri və əməliyyatları” adlı raporda 1357 inqilabından sonra İran hakimiyyətinin muxaliflərinə qarşı apardığı teror əməliyyatlarının bəzi cüziyyatını paylaşılıb.
Bu rapora görə İran İslam Cumhuriyyəti 40-dan çox ölkədə teror fəaliyyəti və əməliyyatı həyata keçiribdir. Habelə islam Cumhuriyyətinin ərşəd məqamlarının xaricdə yaşayan muxaliflərinin həzf və təqibi haqqında etdikləri təhdidlər haqqında detaylar yer alıbdır.
Bu raporda ən az 360 teror əməliyyatının İran tərəfindən həyata geçirildiyi və yüzlərcə nəfərin bu işlər nəticəsində yaralanıb öldüyü məlumatı yer alıbdır.
İranın 1994 ildə Arjantində yəhudilər mərkəzindəki patlama əməliyyatındakı pərvəndəsinin hələ də açıq olduğu bilinir.
Habelə bu raporda Türkiyə məqamlarının yayınladığı məlumata dayanaraq İranlı muxalif Məsud Moləvi-nin İstanbulda teroru da yer alır.
Bunun yanında İranda özəlliklə Fars olmayan muxalif fəallara qarşı geniş bir təhdid və basqı sistemi var. İran hakimiyyəti illərdir ki xaricdə yaşayan etnik fəallarına qarşı geniş təbliğat aparır. Habelə teror əməliyyatlarının da son illərdə artdığı görünür. Misal üçün 2018-ci ilin Oktobr ayında Danmark polisi Norvej sakini bir iran vətəndaşının teror suçuyla tutuqladığını bildirdi. Danmark polisi bu adamın Əhvaz ərəb fəallarına qarşı çalışdığını bildirdi.
Özəlliklə iki il qabaq İranın Ərəb fəallarına qarşı teror əməliyyatı aparma çabası düşünülürsə, iddiaların nə qədər doğru olmasının ciddi şübhə doğurduğu görünür. Habelə İslam Cumhuriyyətinin özəlliklə Fars olmayan muxaliflərlə olan ədavətinə görə bu iddiaların da siyasi bir əməliyyatın parçası olduğu düşünülür. Habelə Əl-əhvaz fəallarının Hollandiyada terror olmasında İran hakimiyyətinin əlinin olması iddiaları da güclüdür.
Xatırlatmalıyıq ki, muxalif kimi xaricdə çalışan fars və umumiyyətlə mərkəzçi fəallar, rəsanələrinin Türk və Ərəb fəallarına qarşı ayrıseçkiliyi və mənfi təbliğatı İranın onları sərkub etməkdə əlini daha da açıbdır. Türk və Ərəb fəallarının boykotu və tək tərəfli təbliğati hücuma məruz qalması İran hakimiyyətinin terror əməliyyatlarını daha rahat həyata keçirməsinə səbəb olubdur.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close