Araşdırma & Təhlilİran

İran Azərbaycana düşmənliyini davam etdirir

Günlərdir Araz bölgəsində gərginlik var. Ancaq gərginliyin səbəbi bu dəfə hər zamankı kimi Ermənistan yox bəlkə İrandır. Azərbaycan keçdiyimiz günlərdə Türkiyə və Pakistanla birlikdə ortaq bir nizami manovr həyata keçirdi. Bu nizami manovr İranı ciddi narahat elədi. İran mediası Azərbaycana qarşı ciddi təxribat yürütdü. İranın Xarici İşlərinə bağlı olaraq ortaya çıxan bir iddiada Türkiyənin Xəzər dənizində olmasının qanunsuz olduğu dilə gətirildi. Bu bir haldadır ki, bu məsələylə bağlı heç bir Xəzər Dənizinə bağlı ölkə etiraz etmədi. İran habelə Azərbaycanın Ermənistana qanunsuz mal daşımaqla bağlı etirazına da narahat olub. Belə ki aylardır İran, Azərbaycan toprağına qanunsuz girərək Ermənistana mal daşıyır. Bu malların nə olduğu ilə bağlı da ciddi şübhələr var. Azərbaycan dövləti dəfələrlə bu məsələyə etirazını bildirdi, ancaq İran bu günə qədər heç bir etirazı ciddiyə almadı. Ən son Azərbaycan, topraqlarına qanunsuzca girən iki tır sürücüsünu tutuqladı. İran məqamları bu məsələyə də etiraz etdilər, ancaq heç biri nə üçün Azərbaycanın topraq bütövnlüyünü heçə saydıqlarıyla bağlı bir açıqlama verənmədilər. Ən son Əli Xamneyinin Ərdəbil Ustanındakı Nümayəndəsi Ərdəbilin İmam cüməsi Seyyid Həsən Amili bu olaylarla bağlı Azərbaycana sayqısızlıq etdi. O, Milli Güvənlik Konseyindən istədi Araz bölgəsinə nizami qüvvə daşısın. İndi isə, günlərdir Araz bölgəsində ciddi bir hərəkətin olduğu bilinir. Sepah quvvələri ağır silahları sınır bölgəsinə daşıyır və medialarında sürəkli Azərbaycana təhdid sərgilənir. İranşəhri və Fars Milliyyətçilər də bu arada rahat durmurlar və Azərbaycana qarşı ciddi təxribat qabağa aparırlar. Ancaq uzmanlara görə bu işlər əsil İranın çarəsizlik və acizliyini göstərir. Çünki, İran bundan öncə 44 günlük Qarabağ savaşı sırasında da bu kimi işlər görmüşdü. İran o zaman da onlarla hərbi ağır silahı sınıra daşıyıb, guya Azərbaycana mesaj verməyə çalışmışdı. Ancaq günün sonunda Ermənistan və İran kimi onu dəstəkləyənlər, Azərbaycanın gücünü qəbullanmaq zorunda qaldılar. İndi də anlaşılan İran bu kimi işlərinə dəvam edəcək ancaq Azərbaycan öz yasal və hakimiyyət haqqından vaz keçməyəcəkdir.
Tehran hakimiyyətinin bu kimi davranışları həm də Güney Azərbaycanda həssasiyyətlə izlənilir. Azərbaycan milləti istər güneydə, istərsə də, quzeydə İranın bu kimi düşmənliyini görür. Ona görə də, İranın düşmənliyi hər zaman olduğu kimi daha çox milli oyanışa səbəb olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button