İran

Milli fəal Təbriz İnqilab Məhkəməsinə çağırılıb

Təbrizli milli-mədəni fəal Şəhruz Bərzgər septambrın 19-da son müdafiəsi üçün Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 1 saylı istintaq bölməsinə müraciət edib.
Qeyd edək ki, Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 1 saylı istintaq bölməsinə Nasir Baqiri Zərrin Qəbai rəhbərlik edir.
Şəhruz Bərzgər 24 juiyyədə Təbrizdə fərmandari binasının inzibati binasının həyətində şəxsi geyimli təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, saxlanıldığı zaman döyülüb və müxtəlif bədən xəsarətləri alıb.
O, saxlanılandan bir həftə sonra 150 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Şəhruz Bərzgər eyni ittihamlara görə saxlanılan başqa fəal Şahin Bərzgərin qardaşıdır.
Qeyd edək ki, juiyyənin 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz etirazçılarına dəstək aksiyası keçirilib.
Aksiyada eləcə də, Güney Azərbaycan bölgələrində mövcud olan ictimai müşküllərə, ekoloji böhrana laqeyd qalan hökumətin siyasətinə etiraz edilib.
Müxtəlif şəhərlərdə çoxlu sayda milli-mədəni fəal həbs olunub.
Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button