Dünyaİran

İran Banyas limanından Hizbullaha yanacaq göndərir

İranın Banyas limanı vasitəsilə Lubnınan Hizbullah qrupuna benzin və dizel yanacağı göndərdiyinə dair xəbər yayılıb.

“Əl-Ərəbiyyə” kanalının yaydığı məlumata görə, Hizbullahın baş dəbiri Həsən Nəsrullahın təkid və təhdidi ilə bu ölkə İrandan yanacaq almağa başlayıb.

Belə ki, bir neçə gün öncə Nəsrullah ölkə rəsmilərini təhdid edərək İrandan yanacaq almağın zəruri olduğunu və bunun qarşılığında Lubnanın onsuzda az olan sərvətini İrana verməyin “önəmli” olduğunu deyib.

O, öncə İran yanacağının Beyrut limanı üzərindən Lubnana gətirilməsini istəyib. Ancaq müttəfiqlərindən birinin bu addımın Amerika təhrimlərinə tuş gələcəyi və ölkənin daha çox təhrimlərlə üzləşə biləcəyinə dair tövsiyəsinə əsasən öz fikrindən daşınıb. O, yanacaqla dolu tankerlərin Banyas limanına gəlməsi ilə razılaşıb.

Artıq 4 tankerin bu limanda gözlədiyi və yaxın günlərdə onların yüklərinin boşaldılaraq Lubnana aparılacağı, Hizbullahın isə yanacağı depolamaq üçün bütün imkanları hazırladığı deyilir.

Həm Lubnan vətəndaşları, həm də ölkə məqamları Hizbullahı qaçaq yolla İrandan yanacaq almaqla ölkəni Amerikanın daha çox təhrimlər təhlükəsi ilə üz-üzə qoyduğunu deyir və buna qarşı çıxırlar.

Related Articles

Bir cavab yazın

Back to top button