İran

İran beynəlxalq bazarlardan ərzaq almağa cəhd edir

Amerikanın təhrimləri, nəftin qiymətinin ucuzlaşması və koronavirusun yayılması ilə İranın iqtisadı ciddi şəkildə zəifləyib. Beləliklə , İran daxili böhranın artmasının qarşısını almaq üçün lazım olan dava və ərzaq məhsullarını beynəlmiləl bazarlardan almağa çalışır . Qeyd edək ki, banklar və dövlətlər İran pulunu almaq, habelə onun köçürmə əməliyyatlarını icra etmək istəmirlər. Belə ki, onlar Amerikanın qoyduğu bəzi dolaşıq məhdudiyətləri təsadüfən pozacaqlarından qorxurlar. Məlumata görə, bu ilin fevriye ayında yemək və dava alınması da daxil olmaqla, İran-Suis ticarət kanalını işə salınıb. Vaşinqton dəstəyinə baxmayaraq, İran Mərkəzi Bankı 2016-2018 illər arasında nəft sadiratından əldə etdiyi milyardlarla doları ölkəyə köçürə bilməyib. Bu pullar atom razılaşmasının imzalanması, Amerikanın razılaşmadan çıxması və təhrimlərin yenidən icrası ilə İranın nəft satdığı ölkələrin bank hesablarında toplanıb. Onların əksəriyyəti Asiya ölkələridir və vaxtilə Tehranın ən böyük nəft müştəriləri olublar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close