İran

İran dövlət teleradio şirkətinin 5 aparıcısı xalq etirazlarına dəstək verdi

İranda xalq üsyanı davam edir. Etirazların sırası günü-gündən genişlənir. Son günlər hərbi qulluqçularla yanaşı, İslam Respublikasının dövlət teleradio şirkətinin 5 tanınmış aparıcısı rejimlə əməkdaşlığı davam etdirməkdən imtina edib.

Televiziya aparıcıları Bərbəd Babayi, Peyman Şeyxi, Məcid Qəzənfəri, Məhəmməd Həsəni və Müctəba Purbəxş İran İslam Respublikasının Radio və Televiziyası ilə əməkdaşlığı dayandırıblar.

Adı çəkilən aparıcılar özlərinin sosial media hesablarında paylaşım edərək İranda etirazçılara qarşı şiddətli repressiyaları qınayıb və buna etiraz olaraq işdən uzaqlaşdıqlarını bildiriblər.

İstefalar və İran dövlət televizyasının canlı verilişinə müdaxilələrdən sonra hökumət radio-televiziyanın binasının girişlərində tanklar yerləşdirib.

Məsələ ilə bağlı yayılan xəbərlərdə hökumətin etirazçı kütlənin radio-televizya binasına hücum etməsindən qorxduğu üçün bu addımı atdığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button