İran

İran Ermənistanda biznes mərkəzi açacaq

"İranın Əmək və Əhalinin İctimai Rifah naziri Höccətullah Əbdülməlekinin İrəvana səfəri ilə eyni vaxtda ölkəmizin iqtisadi imkanlarının daimi sərgisi olaraq Ermənistanda biznes mərkəzi açılacaq"

”Aznews tv”  xəbər verir ki, bunu İranın Əmək və Əhalinin İctimai Rifahı Nazirliyinin beynəlxalq məsələlər şöbəsinin müdiri deyib.

Hamed Furuzan ermənistanlı həmkarı Minasyan ilə birgə keçirdiyi vebinarda, habelə bildirib: “İstehsal, məhsulların ticarəti və xidmətlər sahələrində hər iki tərəfin imkanlarını təqdim etmək məqsədilə bu sahədə əməkdaşlıq müqaviləsi imzalanacaq”.

Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin beynəlxalq məsələlər şöbəsinin müdiri Minasyan da öz növbəsində iki ölkə arasında əməkdaşlığın səmərəli və müsbət ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, son dövrlərdə İran-Ermənistan münasibətlərində gözəçarpacaq qədər genişlənən münasibətlər həqiqətən düşündürücü və təəssüfləndiricidir. Bölgədə sülh, əmin-amanlıq və sabitlik yaratmaq istəyən Azərbaycan və Türkiyə dövlətlərinin əksinə olaraq, üzdə özünü sülhsevər göstərən Tehran rejimi bütün təklif edilən əməkdaşlıq layihələrinə bədxah və qıcqanc mövqe sərgiləyib. İranın bütün beynəlxalq qanunları və mənəvi dəyərləri əzərək həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də sonra istər Ermənistana, istərsə Qarabağda qalan erməni separatçı ünsürlərinə hər cür siyasi və iqtisadi dəstəyi də bu acı həqiqətdən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button