Dünya

Amerika nümayəndəsi: Viyən danışıqlarında İran və Amerikanın seçimləri bəlli oldu

Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri 9 tir, çərşənbə günü deyib, Viyəndə İranla atom razılaşması ilə bağlı bir neçə mərhələ danışıqların aparılması “iki ölkənin BƏRCAM çərçivəsində götürdükləri öhdəliklərə birgə qayıtmaq seçimlərinin bəlli edilməsinə yardım edib”.

Cefri Delarentis Əmniyət Şurasının toplantısında deyib: “Amerika İranın atom silahı əldə etməsinin qarşısını almağa sadiqdir və hesab edirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımızla razılaşmaqda, diplomasi bu hədəfə çatmağın ən yaxşı yoludur”.

Ancaq Amerikanın xarici işlər vəziri Antoni Blinken çərşənbə axşamı günü Əli Xameneinin Viyən danışıqlarında qalan fikir ayrılıqlarının həll edilməsi ilə bağlı qərar verməli olduğunu bildirib.

Başqa tərəfdən, Həsən Ruhani dövlətinin sözçüsü Əli Rəbii deyib ki “Viyən danışıqları indiki dövlətin sonuna qədər nəticəyə çatmasa” danışıqların davam etdirilməsi yeni dövlətə tapşırılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button