
“Mehr” xəbər ajansı isə bu barədə yazıb ki, xanım Musəvi fırıldaqçılıq səbəbilə və xalqdan gələn çoxlu şikayətlər əsasında həbs edilib. Musəviyə qarşı cinayət işi, pulunu itirmiş 3000-dən çox vətəndaşın şikayəti əsasında açılıb. Xanım Musəvinin həmin şəxslərdən dələduzluq yolu ilə bir neçə trilyon tümən aldığı məlum olub.