Dünyaİran

İran hökuməti edam cəzasına məhkum edilmiş etirazçılara işgəncə verir

İran hökuməti edam cəzasına məhkum edilmiş etirazçı məhbuslara işgəncə verir və bəzi hallarda onlarıdan məcburi etiraf almaq üçün cinsi zorakılığa məruz qalmalarına imkan verir.

Bu abrədə “Qardian” qəzeti Beynəlxalq Əfv Təşkilatına istinadən məlumat verib.

Qəzetin məlumatına görə, Beynəlxalq Əfv Təşkilatı yanvarın 30-da ən azı iki yeniyetmə və bir kişinin işgəncəyə, cinsi təcavüzə məruz qaldığını, döyüldüyünü və ədalətli mühakimə olunmadığını bildirib.

Beynəlxalq təşkilatın bildirdiyinə görə, üç nəfərə işgəncə verməkdə şübhəli bilinənlərin adları məlumdur və bu barədə qərb dövlətlərinə məlumat veriləcək.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə sədr müavini Diana Əı-Təhavi bildirib ki, cinsi zorakılıq və digər işgəncə formalarında məsuliyyətdə və ya iştirakçılıqda şübhəli bilinən SEPAH məmurları və ədliyyə rəsmilərinə qarşı tədbir görülmür.

O, bunun İranın məhkəmə sisteminin qəddarlığı və qeyri-insaniliyinə açıq nümunə olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button