İran

Abbas Lisaninin məzuniyyətə buraxılmamasının səbəbi açıqlanıb

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin ailəsi dey ayının 20-də mürəxəsi qərarının icra edilməməsi ilə bağlı Ərdəbil həbsxanasına və məhkəməsinə müraciət edib. Ərdəbil dadsitanı Seyyid Əbdullah Təbatəbayi fəalın ailəsinə mürəxəsi icazəsi ilə bağlı yazılı əmrin göndərilmədiyini bildirib. Buna görə də Lisaninin buraxılması ilə bağlı göstəriş vermədiyini qeyd edib. Bu olaydan sonra fəalın sağlıq durumu ilə bağlı ailəsinin nigaranlığı artıb. Bildirək ki, cümə axşamı Lisaninin mürəxəsi tələbi qəbul edilib və fəalın ailəsi 800 milyon tümən dəyərində kəfalət ödəyib. Bundan sonra qərarla bağlı məktubun Ərdəbil həbsxanasına göndərildiyi bəlli olub. Qeyd edək ki, ötən həftələrdə Ərdəbil zindanında koronavirusa yoluxanların sayının artması ilə bağlı xəbərlər yayılıb. Abbas Lisani və bir neçə siyasi məhbusun ailəsi tərəfindən yayılan bilgilər məhkəmə məsulları tərəfindən təkzib olunub. Xatırladaq ki, 15 il həbs cəzasına məhkum edilən siyasi fəal Abbas Lisani 1397-ci ilin aban ayının 25-də tutuqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button