İran

İran islam inqilabından sonra baş verənlər

İran İslam İnqilabından 42 il ötür. Bu günlərdə “Fəcr on günlüyü” adı ilə inqilabın ildönümü geniş təbliğatla qeyd olunur. Tarixə nəzər yetirdikdə görürük ki, şah rejimi dönəmində ən böyük zərəri qeyri-farslar görüblər. Ölkə nüfuzunun təxminən yarısını təşkil edən türklər Pəhləvi dönəmində zülmə məruz qalıblar. “21 Azər” kimi bir çox hərəkatların keçirilməsinə baxmayaraq, azadlığımızı sonuna qədər əlimizdə saxlamağa müvəffəq ola bilmədik. Bildirək ki, Pəhləvi dönəmindən baş qaldıran narazılıqlar türklərin inqilaba dəstək verməsinə səbəb oldu.

Siyasi özgürlük və hizblərin olmadığı mühitdə milləti birləşdirən əsas vasitə İslam dini və şiə məzhəbi idi. Azərbaycanlıların çoxunun şiə məzhəbinə mənsubluğu onların Xumeyni kimi din adamlarının yanında yer almasının əsas səbəblərindən oldu.

Bildirək ki, Ruhullah Xumeyni Fransada olduğu dönəmlərdə fərqli düşüncələrin səsləndirilməsinə müsbət yanaşırdı. Beləliklə, sol və öyrənci hərəkatlarının gücündən rahatlıqla istifadə edə bildi. Azərbaycanın azadlıqla ilgili bəzi istəkləri inqilabın ilk zamanlarında nəzərə alındı. Məsələn, anayasadakı 15-ci və 19-cu maddələrdə qeyri-farsların haqlarının qorunması məsələsi öz əksini tapdı. Ancaq bu kimi qərarlar kağız üzərində qaldı. 42 il keçməsinə baxmayaraq, heç vaxt gerçəkləşdirilmədi.

Halbuki, Azərbaycan inqilabın başarılı olmasında, habelə İraq savaşında önəmli rol oynamışdı. Bu kimi səbəblərə görə, türklərin hakimiyyətlə münasibətləri pisləşdi. Xumeyni və Şəriətmədarinin çəkişməsində Azərbaycan Şəriətmədarinin tərəfini tutdu. Beləliklə, Təbriz ilk və ən böyük etirazını bildirmiş oldu. Ancaq savaş illərində hakimiyyətin geniş təbliğat və basqısı etirazların böyüməsinə mane oldu.

Buna baxmayaraq Azərbaycan hər fürsətdə haqqını tələb etməyə çalışdı və zülmə boyun əymədi. Hakimiyyətin daha yaxşı həyat vədinin yerini isə basqı siyasəti aldı. Şah rejiminin süqut etməsinə baxmayaraq, fars milliyətçiliyi davam etdirildi. Qeyri-farsların ən təməl haqları əllərindən alındı. Bunlardan ən əsası ana dilində təhsil hüququdur.

Zaman keçdikcə cümhuriyyət və millət anlayışının yerini sadəcə islamiyyət almağa başladı. Vilayəti Fəqih sistemi millətin dini dəyərlərini qullanıb gücünü sürdürməyi bacara bildi. Belə ki, bütün etirazların dinə qarşı olduğu təbliğ edildi və yatırıldı. Bu basqı günlərində azadlıqlar simgəsi olan Azərbaycanda qaranlıq çağ başladı. İnqilabdan 42 ilin ötdüyü bir dönəmdə rifah, müasirlik, demokrasi kimi kəlmələr qadağan edilib. İnqilabda ən çox əməyi olan türklərin həyat şəraiti hər gün daha çətin hal aldı.

Related Articles

Bir cavab yazın

Back to top button