İran

İranda xalçaçılıq sənətinin üzləşdiyi problemlər

İrandan Əfqanıstan və Hindistana yunun xam şəkildə sadiratı Həmədanda əl işi fərşlərin və ya xalçaların toxunmasında bir sıra problemlərə yol açıb. Yunun xam şəkildə sadiratı daha çox ərz gətirdiyinə görə, məsullar bu durumun qarşısını almaq istəmir. Halbuki, əl işi fərşlərin sadiratının artırılması ölkəyə daha çox ərz gətirə bilər. İranda fərşin toxunmasında istifadə olunan materialların bahalaşması da yaşanan müşküllər sırasındadır. Həmədanın Elatları İşləri üzrə İdarənin müavin Mehdi Rizai məsələyə münasibət bildirib. Onun sözlərinə görə, mehr ayında elatların tolid etdiyi yunun miqdarı 425 ton olub. Ötən 20 ildə lazımi diqqətin ayrılmaması xalçaçılıq sənətinə ciddi ziyan vurub. Rizai İranda fərşin toxunması zamanı yüzdə 70 yundan istifadə edilməsinə diqqət çəkib. Həmədan Əyalətinin Elatlar Qurumunun rəisi Məhəmmədrza Himmətinin sözlərinə görə, əkinçilik və heyvandarlıq sahəsinə diqqət ayrılmır. O, əyalət elatlarının əvvəllər ip əyirmə və gəbə toxuma ilə məşğul olduqlarını bildirib. Ancaq dövlətin diqqətsizliyi bu sahə ilə məşğul olanların sayını azaldıb. Həmədan Əyaləti Əl-Toxunuşlu Fərşlər Əncümənin müfəttişi Zəhra Rəncbəran da eyni müşküllərdən söz açıb. Yun və ipəyin xam şəkildə sadiratının toxuculuq məhsullarının bahalaşmasına səbəb olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button