O, əyalətin “Bəndər-i Lengə” limanının dəniz qüvvələri ilə Buşehr sərhədçilərinin birgə əməliyyatı nəticəsində mayın 18-də 550 min litr mazut daşıyan gəminin saxlanıldığını bildirib.
Hormozqan əyalətinin baş hakimi Müctəba Qəhrəmani isə xəbəri təsdiq edərək gəminin 7 heyət üzvünün həbs edildiyini bildirib.
Sərhəd komandiri və baş hakim gəminin hansı ölkəyə məxsus olduğu barədə hər hansı açıqlama verməyiblər.
İran tez-tez beynəlxalq sularda ticarət və yanacaqdoldurma gəmilərini qaçıraraq ələ keçirir və başqa ölkələrdə bloklanmış aktivlərinin azad edilməsi üçün onları sövdələşməyə məcbur edir.
Bəzi hallarda, məsələn, Vyetnam gəmisinin ələ keçirilməsində İranın bu hərəkəti münaqişəyə səbəb olsada, Cənubi Koreya gəmisinin ələ keçirilməsi İranın bu ölkədə dondurulmuş aktivlərinin sərbəst buraxılması ilə bağlı sövdələşmələrə səbəb olub.
Vyetnam tankeri “Sotiz”in İran tərəfindən oğurlanması məsələsində İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Təngsiri iddia edib ki, “SEPAH” Körfəz sularında Amerika ilə birbaşa qarşıdurmada olub və nəticədə İnqilab Keşikçiləri Korpusunun 9üzvü öldürülüb.
Başqa yandan, “Vaşinqton Post” qəzeti ötən ilin sonlarında geniş hesabat dərc edib və tutarlı sübutlar təqdim edərək, İranda yanacaq qaçaqmalçılığının əsas səbəbkarının İnqilab Keşikçiləri Korpusunun olduğunu göstərib.
Məlumata görə, İnqilab Keşikçilərinin yanacaq qaçaqmalçılığından əldə etdiyi gəlir o qədər böyükdür ki, qara bazar İnqilab Keşikçiləri tərəfindən inhisara alınıb və bu, istənilən qrupun icazəsiz yanacaq qaçaqmalçılığının qarşısını alır.
Amerika Maliyyə Nazirliyi bundan əvvəl İran İnqilabı Keşikçiləri Korpusunu neft və neft məhsullarının qaçaqmalçılığından pul qazanmaqda ittiham edib.