İran

İran məhkəməsi tanınmış jurnalist barədə 5 il həbs qərarı çıxarıb

Tanınmış xanım jurnalist və ictimai fəal Vida Rəbbani məhkəmə tərəfindən 5 il həbs cəzasına məhkum edilib.

Vida Rəbbani bu barədə özünün tvitter hesabında etdiyi paylaşımda bildirib.

O, “dini müqəddəsləri təhqir etmək”, “zorakılığa çağırış” və “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə fəaliyyət aparmaq” kimi saxta ittihamlar əsasında 5 il həbs cəzasına məhkum edildiyini yazıb.

Vida Rəbbani həmçinin zindandan buraxıldıqdan sonra 5 il ictimai-siyasi fəaliyyətlə məşğul olmaq, toplantılara qatılmaq hüququndan məhrum edilib.

Siyasi fəal bundan öncə ictimai və media fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və dindirilib.

Ötən il o, sosial şəbəkələrin birində idarə etdiyi müzakirə otağının fəaliyyətinə görə, təhlükəsizlik məmurları tərəfindən 5 il həbs ediləcəyi ilə təhdid edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button