İran

İran məhkəməsi iki gənc öyrənciyə uzun illik həbs cəzası verdi

Apellyasiya Məhkəməsi öyrəncilər barədə çıxarılan ilkin qərarı təsdiq etdi.

Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi Evin zindanında saxlanılan iki gənc öyrənci Əmirhüseyn Muradi və Əli Yunisi barədə ilkin məhkəmə qərarını təsdiq edərək onların hər birini 16 il həbs cəzasına məhkum edib.

Əhməd Zərgər adlı hakimin başçılığı ilə keçirilən məhkəmə iclasında öyrəncilər “milli təhlükəsizliyə qarşı əlbir olmaq”, “hökumətə qarşı təbliğat” və “təxribatçılıq”da ittiham olunublar.

Tehranın “Şərif Sənaye Universiteti”nin öyrənciləri olan Əmirhüseyn Muradi və Əli Yunisi İranda istedadlı öyrəncilər sıyahısında ilk yerlərdə qərar tuturlar.

Dünya Astronomiya Olimpiadasının qızıl medalçısı Əli Yunisi və Milli Astronomiya Olimpiadasının gümüş mükafatçısı Əmirhüseyn Muradi 2010-cu il aprelin 10-da həbs edilib.

İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili öyrəncilərin barəsində çıxarılan məhkəmə qərarı ilə bağlı verdiyi açıqlamada onları “İran Xalq Mücahidləri” təşkilatına üzv olmaqda ittiham edib.

Hökumət mediası öyrəncilərin təxribatçı olduqlarını və axtarış zamanı onların evlərindən partlayıcı maddələr tapıldığını iddia ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button