Azərbaycan

Mərəndli fəal yenidən həbs olundu

O, azadlığa buraxıldıqdan sonra yenidən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan fəal və bundan öncə həbsdə olan Əkbər Hüseyni iyunun 6-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən yenidən həbs olunub.

Hadisə şahidlərinin bildirdiyinə görə, Hüseyni saat 16 radələrində mağazadan çıxarkən ağ rəngli ağ rəngli “Səmənd” markalı avtomobildə olan məmurlar tərəfindən qandallanaraq naməlum yerə aparılıb.

2022-ci il mayın 7-də Təbriz zindanından azadlığa buraxılan Əkbər Hüseyni 4 yanvar 2021-ci ildə 2019-cu ildə İranda baş verən noyavr etirazları zamanı övladları öldürülən və həbs olunan anaların etiraz kampaniyasına dəstək verdiyi üçün həbs olunub.

O, Şərqi Azərbaycan əyalətinin Hərbi Məhkəməsinin 1-ci bölməsi tərəfindən “ölkəyə qarşı müxalif qruplara üzv olmaq” ittihamına görə 9 ay, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 4 ay həbs cəzasına məhkum olunub.

Məhkəmə 19 aprel 2021-ci ildə Əkbər Hüseyninin girov qarşılığında şərti azadlığa buraxılması barədə qərar verməsinə baxmayaraq, bu günə kimi o qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button